Tanınmış atvopilot Mihael Şumaxerin vəsiyyəti məlum olub.
Iki həftədir koma vəziyyətində olan 45 yaşlı idmançı bütün varidatını ailəsinə vəsiyyət edib.
Onun, təxminən, 1 milyard dollar dəyərində qiymətləndirilən sərvətinin xanımı, 16 yaşlı qızı və 14 yaşlı oğlu üçün bərabər bölünməsi nəzərdə tutulub.
Şumaxer vəsiyyətnaməsini 2010-cu ildə, 3 illik fasilədən sonra yenidən "Formula-1" yarışlarına qayıtdıqda yazıb.
Qeyd edək ki, yeddiqat dünya çempionu Fransada, Alp dağlarında yerləşən qış kurortunda xizək sürərkən yıxılıb. Başından ağır zədə alan və helikopterlə xəstəxanaya çatdırılan M. Şumaxer komaya düşüb.