Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Metropolitenində yenilik

Bakı Metropolitenində yenilik
Metropolitenin perspektiv inkişaf planının birinci beşillik dövlət proqramında yeni xətlərin və stansiyaların inşası zamanı ən müasir sistemlərin tətbiqi də nəzərdə tutulub. Metropolitendən verilən məlumata görə, yeni xətlərdə və stansiyalarda tətbiq olunacaq bir sıra yeniliklər müzakirə olunaraq, mütəxəssis fikirləri dinlənilib və qəbul edilmiş qərara əsasən, yeni xətlərdə fərqli enerji təchizatı və idarəetmə sistemi tətbiq olunacaq, stansiyaların mikroiqlim şəraiti isə, perspektiv də nəzərə alınmaqla, müasir sistemlərlə təchiz ediləcək. Tikilən yeni xətlərin elektrik təchizatı mövcud xətlərdəki analoqlarından tam fərqlənəcək. Bu xətlərə 35 Kv-luq elektrik enerjisi şəbəkəsi xidmət göstərəcək. Bu məqsədlə dörd dizel-generatorlu yarımstansiyanın tikilməsi planlaşdırılıb. Artıq layihələndirmə işləri də tamamlanıb. Bu yarımstansiyalar 75 metro stansiyasını qidalandırmaq gücünə hesablanıb. Bununla da metropolitenin enerji təchizatı etibarlılığını daha da artıracaq. Mövcud 10kV-luq yarımstansiyalardan onların fərqi məhz daha etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi olmasındadır. Bu, ilk növbədə, hər stansiyanın şəhər elektrik mənbələrindən bir-birindən asılı olmayan 2-3 kabel xəttinin çəkilməsinə ehtiyacı aradan qaldırır. Vacib məsələlərdən biri elektrik enerjisinin verilişi kəsilərkən, tunellərdə qalmış qatarların stansiyalara çıxarılması və sərnişinlərin boşaldılmasıdır. Yeni tipli elektrik yarımstansiyalar bu problemi aradan qaldırmış olacaq. Stansiyalarda qurulucaq dartı və azaldıcı, tunellərdə isə dörd ventilyasiya şaxtası üzərində qurulacaq 35 kV-luq yarımstansiya bu problemi qəti həll edəcək. Bundan əlavə yeni xətlərdə stansiyaların yerli mikroiqlim şəraitinin yaradılması üçün mərkəzləşdirilmiş havalandırma və kondisionerləşdirmə sulu (çiller) sistemlərinin müasir texnologiyalara uyğun quraşdırılması nəzərdə tutulub. O, sistemlərin avtomatik tənzimlənməsi, mərkəzləşmiş dispetçer idarəetməsi və məlumatları toplayan telemexanika sistemi vasitəsi ilə təmin ediləcək. Bununla da sərnişinlər və metro işçilərinin normal mikroiqlim şəraitinə tələbatı müasir normativlərin tələblərinə uyğunlaşmış olacaq. Yeni tikilən xətlərdə qatar hərəkətinin avtomatika və telemexanika sistemi elektron avadanlıqlarla təchiz olunacaq. Bu mənada qatarların radiokanal vasitəsilə idarə olunması və mikroprosessor mərkəzləşmə müasir dünyada aparıcı sistemlərdir. Yeni sistem üstün cəhətləri sırasında iri tutumlu avadanlıqların kiçik ölçülü mikroprosessor və digər elektron analoqları ilə əvəzlənməsindən ibarətdir. Nəticədə avtomatlaşdırılmış iş yerlərinin yaradılması, müasir əsaslardan irəli gələrək, daha səmərəli olacaq və xeyli asanlaşacaq. Avadanlıqların həcmi az olsa da, kompüter bazasında təşkil edildiyindən onun məhsuldarlığı, səmərəsi əvvəlkilərdən qat-qat yüksəkdir. Yeni sistemlərin köməyi ilə həm də qatarların yerinin təyin olunması, sürətə nəzarət və s. kimi məsələlər qəti həllini tapmış olacaq.

Teqlər:
Bu xəbər cəmi 1355 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR