Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” yanvar ayının sonunda “Paper” mobil platformasını təqdim etməyə hazırlaşır.
O, istifadəçilərin qurğularına həm peşəkar istehsalçı, həm də sosial şəbəkə istifadəçilərindən xəbərlər məzmununu tədarük edən mobil informator rolunu oynayacaq.
Verilən məlumata əsasən, “Paper” sərbəst mobil tətbiq və ya mobil qurğular üçün veb-layihə kimi təqdim oluna bilər.
Proqram yanvarın sonunadək istifadəyə veriləcək.