Dumada çıxış edən millət vəkili bildirib ki, bu addımı Amerika Birləşmiş Ştatlarının Florida ştatında 2 milyon dollara malikanə alması barədə yayılan xəbərə adekvat atıb. Onun sözlərinə görə istefası barədə partiya sədri, prezident Vladimir Putinə məlumat verib. Istefasını Dumanın və partiyanın nüfuzuna zərər gətirmək istəmədiyi ilə izah edən Pextin məlumatların həqiqətə uyğun olmadığını qeyd edib.
Deputat bildirib ki, tezliklə okeanın o tayına gedəcək və bütün ölkəyə heç bir villasının olmadığını, sadə həyat tərzi sürdüyünü isbat edəcək. Qeyd edək ki, Duma deputatlar və dövlət məmurlarının xarici ölkələrdə daşınmaz əmlaka və banklarda pullara sahib ola bilməməsi barədə qanun qəbul etsə də, Putin buna qarşı çıxaraq sənədin yumşaldılmasını tələb edib. Dövlət başçısı bank hesablarının istənilən ölkədə açıla biləcəyini qeyd edib.