Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “PAŞA Həyat”da sığortalanmış üç işçi (üç müxtəlif sığortalı müəssisələrin əməkdaşları) istehsalat zamanı bədbəxt hadisə nəticəsində həyatlarını itirib. Müxtəlif vaxtlarda baş vermiş bədbəxt hadisələrə görə ümumilikdə 65,852 min manat həcmində sığorta ödənişi verilib.
Belə ki, şirkət tərəfindən sığortalandığı müəssisələrdə istehsalat zamanı vəfat etmiş şəxslərin ailələrinə müvafiq olaraq 25,403 min manat, 24,191 min manat və 16,259 min manat həcmində birdəfəlik ödənişlər həyata keçirilib.
“PAŞA Həyat Sığorta” 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.