Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov deyib.
Agentlik rəhbərinin sözlərinə görə, müraciətlərin 340 mini 1 saylı “ASAN xidmət” mərkəzinin, 250 mini 2 saylı “ASAN xidmət” mərkəzinin, 92 mini 3 saylı “ASAN xidmət” mərkəzinin, 204 mini Sumqayıt “ASAN xidmət” mərkəzinin, 14 mini isə Gəncə “ASAN xidmət” mərkəzinin payına düşür.
Səyyar avtobuslar vasitəsilə isə bu günə qədər 21 dayanacaqda ümumilikdə 58 603 nəfər olmaqla 37 rayonun əhalisinə xidmət göstərilib.
Eyni zamanda agentliyin 108 “Çağrı” mərkəzinə 144 326 zəng edilib, 10 minə yaxın müraciət onlayn qaydada, 23 986 müraciət isə agentliyin Facebook səhifəsi vasitəsilə cavablandırılıb.
Qeyd olunub ki, keçən il “ASAN xidmət” mərkəzlərində 260 əməkdaş fəaliyyət göstərib ki, onların da orta yaş həddi 28-dir.
Bundan başqa bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 1138 könüllü cəlb olunub. Onlardan 880 nəfəri artıq məzun olub, 258 nəfər isə hazırda könüllülük fəaliyyətini davam etdirir.