Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib.
Qeyd olunub ki, bu yolda qaz infrastrukturunun olması ilə əlaqədar təmir işlərinin getdiyi müddətdə qaz nəqlinin dayandırılması qərara alınıb.
Lakin şirkətdən qaz nəqlinin nə zaman bərpa olunacağı barədə məlumat verilməyib:
“Qaz nəqlinin dayandırılması barədə Rusiya tərəfinə rəsmi xəbərdarlıq göndərilib”.
Qeyd edək ki, Azərbaycan yanvarın 13-dən Rusiyaya qaz nəqlini dayandırıb. Azərbaycan Dövlət Neft Şirkətinin “Qazprom” şirkəti ilə 2009-cu ildə əldə olunmuş razılığa əsasən, Azərbaycan tərəfi Rusiyaya gündəlik 3 mln. kubmetr qaz nəql etməlidir.
“Qazprom”dan bildiriblər ki, Azərbaycan tərəfi qaz tədarükünün dayandırılma səbəbləri və tədarükün mümkün bərpa müddəti barədə hələ məlumat verməyib.
Rusiyaya Azərbaycandan təbii qazın təchizat həcmi, ilkin hesablamaya əsasən, 2013-cü ildə 31,5% (1,37 milyard kubmetr) azalıb.