Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ruminiya səhmdarlarının "SOCAR Petroleum SA"-da qalan 10 faiz iştirak payını satın alıb.
Bununla da ARDNŞ "SOCAR Petroleum SA"-nın 100 faizlik sahibi olub.
ARDNŞ Rumıniyada fəaliyyətini genişləndirmək üçün "SOCAR Petroleum"un nizamnamə kapitalını 35 milyon avro artırmaq niyyətindədir.
ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, sövdələşmə şirkətin strateji yanaşmasının, yəni Ruminiya bazarında öz mövqelərini gücləndirmək siyasətinin tərkib hissəsidir: "2014-cü ilin əvvəlində başa çatmış sövdələşmə şirkətimizin Rumıniya bazarında inkişafının yeni mərhələsinə təkan verir".