Ötən il Bakıda Forumun təşkil olunmasına nəzarət üçün Tarja Halonen, Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Hollandiyanın sabiq Baş naziri Vim Kok, İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmail Seragəldin və bir çox digər tanınmış simaların cəlb olunduğu Beynəlxalq Təşkilat Komitəsi yaradılıb.
II Global Shared Societies Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək. I Cənubi Qafqaz Forumundan başlayaraq yaradılan şəbəkəyə hazırda dünyanın 60-dan çox sabiq ölkə və hökumət rəhbərləri cəlb olunub.
Görüşdə Tarja Halonen 2015-ci il Minilliyin İnkişaf Proqramı çərcivəsində mühüm əhəmiyyətə malik olan bu Forumun keçirilməsinin regionun təcrübəsinin dünyaya təqdim olunmasında önəmli olduğunu vurğulayıb. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, ətraf mühitin qorunması, davamlı iqtisadi inkişaf proqramı və qadınların cəmiyyətdə aktiv rolu kimi diqqət mərkəzində olan mövzuların müzakirəsinin əhəmiyyətini qeyd edib.
II Global Shared Societies Forumunun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərlərinin, o cümlədən, dünyanın tanınmış ictimai və siyasi xadimlərinin iştirakı nəzərdə tutulur.