Bu müddətdə ərzaq məhsullarının qiymətlərində 2,6 faiz, qeyri-ərzaq mallarının qiymətlərində 2,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində 0,4 faiz bahalaşma qeydə alınıb.
Ay ərzində limonun, portağalın, naringinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, unun, düyünün, makaronun, mal və qoyun ətinin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, almanın, armudun, heyvanın, narın, bananın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, kartofun, soğanın, sarımsağın, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Dekabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, minik avtomobillərinin, telefon faksimil cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, kitabların, yanacaq və sürtgü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri dekabr ayında bahalaşıb.