Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, daxilolmaların ümumi məbləğinin 35,6 faizi mənfəət vergisinin, 25,9 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,7 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 761 milyon 560,0 min manat vəsait daxil olub. Bu isə əvvəlki ildəkindən 474 milyon 912,2 min manat və ya 14,4 faiz çox olub.
Yanvar-dekabr aylarında respublika üzrə 72 min 984 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 min 791 (42,2 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 yanvar 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 537 min 828 olub, 2013-cü il ərzində onların sayı 11,6 faiz artıb.
2013-cü ilin yanvar-dekabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3 faiz təşkil edib.