Musavat.com xəbər verir ki, deputat Etibar Hüseynov özünün Facebook profilində maraqlı bir status paylaşıb. Həmin statusdan belə məlum olur ki, jurnalist kökənli deputatın ATV-dəki “Sitatın sonu” adlı müəllif proqramını qapadıblar. Etibar Hüseynov bu proqramda müxalifət tanınmışlarını tənqid və əsasən də təhqir edirdi.
Jurnalist-deputatın sitatı belədir: “Artıq 4- cü həftədir ki, ATV heç bir səbəb söyləmədən "SİTATIN SONU"nu proqram “setka”sından çıxarıb. Və mən də 4 həftədir ki, bunun səbəbini soruşmaq üçün bir başıpapaqlı tapa bilmirəm. Qulu Məhərrəmlinin sözü olmasın, elə bil dədələrinin xarabalarında hiss edirlər özlərini…”