2013-cü ilin dekabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,4 faiz bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 3,5 və 16,9 faiz, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 8,9 faiz bahalaşma müşahidə olunub.
Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşıb. Boru kəməri vasitəsilə neft və qazın nəql olunma tarifi üzrə və avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri üzrə dəyişiklik müşahidə olunmayıb.