Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 10,1 dollar artaraq 172,9 dollara bərabər olub.
Qeyd edək ki, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 148 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə əmtəə ixrac olunub, 140 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.
On bir ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 39,7 milyard ABŞ dolları təşkil edib və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz artıb. Dövriyyənin 30,0 milyard dolları ixracın, 9,7 milyard dolları idxalın payına düşüb, nəticədə 20,3 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.