Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR struktur təkmilləşdirilməsi ilə əlaqədar açıqlama yayıb

SOCAR struktur təkmilləşdirilməsi ilə əlaqədar açıqlama yayıb
SOCAR-da aparılan struktur təkmilləşdirilməsi tədbirləri çərçivəsində sərbəstləşən işçilərin şirkətin müəssisə və təşkilatlarında mövcud vakansiyalara müsabiqə yolu ilə yerləşdirilməsi prosesinə başlanılıb.


Yanvarın 10-da İnsan Resursları Departamentində “Energetik” və “Kadrların hazırlığı üzrə mühəndis” vakansiyaları üzrə ixtisas və iş təcrübəsi uyğun gələn sərbəstləşən işçilər üçün test imtahanı keçirilib.



Test imtahanı kompüter proqramları vasitəsi ilə elektron qaydada aparılır və sərbəstləşən işçilərə yalnız ixtisas üzrə vakansiyaya uyğun 40 sual təqdim olunur. Test tapşırıqlarını cavablandırmaq üçün iddiaçıya 60 dəqiqə vaxt verilir, hər bir test tapşırığı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar düzgün cavablara təsir etmir, ixtisas üzrə təqdim olunan test tapşırıqlarından minimum 50%-nə düzgün cavab verənlər keçid balını toplamış hesab olunur, onların arasından ən yüksək bal toplayan şəxs imtahan verdiyi ixtisas üzrə işlə təmin olunur.

 

Keçid balını toplayanların qalanları isə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir və imtahan verdiyi ixtisas üzrə növbəti vakansiya yarandıqda topladığı bal nəzərə alınaraq, həmin vakansiya üzrə imtahansız işlə təmin olunur. İxtisas üzrə keçid balını toplaya bilməyənlər isə SOCAR-da digər vakansiyalar elan edilərkən biliyi və ixtisası uyğun gələn vakansiyaya müraciət etmək hüququna malik olur.



Sərbəstləşmiş işçilər arasında xüsusi peşəkarlıq tələb olunmayan əməkdaşlar da var. Onların işlə təmin olunması müsabiqə proseduru tətbiq edilmədən aparılır. Belələri tələbata uyğun olaraq sərbəstləşənə qədər işləmiş olduqları sahələrə uyğun şəkildə yerləşdiriləcəklər.



Bununla yanaşı, sərbəstləşməsi gözlənilən fəhlələrdən uyğun peşələrdə işləmişləri peşə sınağından keçirməklə, digərlərini isə ikinci peşəyə yiyələnməklə SOCAR-ın müvafiq strukturlarında mövcud vakansiyalara yerləşdirilməsi ilə bağlı siyahılar hazırlanır ki, bu kateqoriyadan olanlar da Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı mərkəzlərində təhsillərini başa vurub müvafiq sertifikatlar aldıqdan sonra tələbata uyğun olaraq təyinatı üzrə işlə təmin ediləcəklər.



Yuxarıda qeyd edilən işlər mərhələlərlə, vakansiyalar yarandıqca, kənardan işçi qəbuluna məhdudiyyətlər qoyulmaqla və şəffaflıq prinsipinə əməl edilməklə həyata keçiriləcək.


Teqlər:
Bu xəbər cəmi 2570 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR