İstehlak mallarının 51,7 faizini ərzaq, 48,3 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artıb.
2013-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq 2,6 milyon manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 82,6 faizini hüquqi, 17,4 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 89,7 faizini qeyri-ərzaq malları təşkil edib.