Forum Xəzər-Avropa Klubunun iclası (CEIBC) formatında hər il gerçəkləşdiriləcək.
Bir günlük konfrans iki hissədən ibarət olacaq. Birinci hissədə neft-qaz, enerji və ekologiya sahələrinin inkişafı, ikinci hissədə isə qeyri-neft - bank, sığorta, turizm, maşınqayırma, tikinti və digər sektorların inkişafı məsələlərinə toxunulacaq.
Hər sessiya mühazirə və müzakirədən ibarət olacaq.
Konfransda dövlət orqanlarının nümayəndələrinin, menecerlərin, müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı gözlənilir.