Sözügedən qaydalar və razılaşdırılması üçün artıq Ədliyyə Nazirliyinə təqdim olunub.
Məlumata əsasən, qaydalarda domen adlarının qeydiyyatı məsələləri, onların seçilməsi ilə bağlı şərtlər, qeydiyyata dair tələblər, qeydiyyatdan imtina edilməsi, domen adının yenidən qeydiyyatı, domen adından istifadəsinə dair məsələlər, həmçinin domen adlarının reyestrinin aparılması formaları öz əksini tapıb.
Burada əsas məsələlərdən biri də qeydiyyatın onlayn şəkildə aparılması ilə bağlıdır. Məlumdur ki, bir müddət bundan əvvəl qeydiyyatın onlayn şəkildə aparılması sistemi istifadəyə verilib. Bu qaydalarda da qeydiyyatın onlayn qaydada aparılması ilə bağlı proseslər tənzimlənir və hansı şəkildə ərizənin təqdim olunması, cavabların hansı şəkildə verilməsi və sair məsələlərə aydınlıq gətirilir.
Qeyd edək ki, hazırlanan qaydalarda öz əksini tapan məsələlərdən biri də məsuliyyətlə əlaqədardır. Burada qaydaların kimlər tərəfindən pozulması, kimlərin məsuliyyət daşıması və tərəflər arasında yaranan münasibətlərdə kimlərin iştirakı aydınlaşdırılıb.