Rusiyanın Puşkino şəhərində 8 yaşlı oğlu “donuz qripi”ndən dünyasını dəyişib. ANS PRESS-in “Vesti FM”ə istinadən verdiyi məlumata görə, diaqnozu Moskva vilayətinin Səhiyyə nazirliyi təsdiqləyib.
“Bəli, belə bir hadisə olub. Mən baş verən şeyi inkar edə bilmərəm”, - İTAR-TASS-ın məlumatına görə, regionun səhiyyə naziri Nina Suslonova bildirib. O, qeyd edib ki, qoyulmuş diaqnoz qətidir. Nina Suslonova məlumat verib ki, dünyasını dəyişən uşağın anası peyvənddən yazılı şəkildə imtina edib.
Səhiyyə naziri onu da deyib ki, “donuz qripi”nin diaqnozunun qoyulması çətindir. Çünki bu xəstəliyin əlamətləri adi infeksiya ilə eynidir.