Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda “Eurovision-2014”ün milli seçim turuna start verilir

Azərbaycanda “Eurovision-2014”ün milli seçim turuna start verilir
2014-cü ildə İctimai Televiziya “Eurovision-2014” milli seçim turunu yeni formatda keçirəcək.


İTV kanalında yanvar ayından etibarən 2014-cü ilin əsas vokal proqramı olan “Böyük səhnə”yə start veriləcək.



Layihə çərçivəsində Azərbaycanın ən yaxşı vokalçılarının 7 həftə ərzində yarışda iştirakı nəzərdə tutulur. Qalib şəxs Danimarkada keçiriləcək “Eurovision-2014” yarışında Azərbaycanı təmsil edəcək.



“Böyük səhnə” layihəsində tamaşaçıları parlaq şou və unudulmaz anlar gözləyir. Təşkilatçılar bildirib ki, bu layihədə məqsəd yalnız ən yaxşı vokalçını seçmək deyil, həm də proqramı yeni, əyləncəli formatda tamaşaçılara təqdim etməkdir.



“Musiqi və yumor “Böyük səhnə” layihəsinin əsas tərkib hissəsi olacaq. Proqrama seçilən məşhur və sevilən aparıcılar isə layihənin digər sürprizidir” - deyə, İTV-nin baş direktoru Cəmil Quliyev layihə haqqında məlumat verib.



9-13 yanvar tarixlərində Azərbaycanın ayrı-ayrı bölgələrində “Böyük səhnə” layihəsinin seçim turları keçiriləcək. İştirak etmək istəyən vokalçılar proqramın rəsmi saytında yerləşdirilən anket formasını doldurmalıdır.



Seçimlər 8 şəhərdə keçiriləcək:



9  yanvar



- Sumqayıt: 10.00, Şəhər Tarix Muzeyi, 4-cü mikrorayon, H.Əliyev pr.



- Gəncə: 12.30, Yeni Azərbaycan Partiyası regional idarəsi, Atatürk pr. 252



10 yanvar



- Lənkəran: 13.00, Gənclər mərkəzi, Ş.Axundova küç., 33



- Yevlax, 10.00, Şəhər şahmat məktəbi, H.Əliyev pr. 29



11 yanvar



- Şirvan: 12.00, Şəhər Mədəniyyət Evi, G.Şıxbalı oğlu k.



- Şəki: 10.00, Musiqi məktəbi, M.F.Axundov 1



12 yanvar



- Quba: 11.00, Şəhər Gənclər Mərkəzi, H.Əliyev pr.



13 yanvar



- Bakı: 10.00,  İTV kanalı studiyası, M.Şərifzadə 241



Seçim turunda 16 yaşı tamam olan hər kəs iştirak edə bilər (tək, yaxud qrup şəklində). Qrupda maksimum iştirakçı sayı 6 nəfərdir.



Seçim zamanı iştirakçı iki dildə musiqi ifa etməlidir: Azərbaycan dilində (mütləqdir) və ingilis dilində (arzuolunandır)



Vokalist (yaxud qrup) çıxış zamanı ifa edəcəyi musiqinin bek-vokalsız fonoqramını təqdim etməlidir.



İfaçının istəyindən asılı olaraq oxunacaq parça akapello şəklində də ifa oluna bilər. (fonoqramsız)



Qeyd edək ki, proqramın ilk mövsümü ATV kanalında yayımlanıb. İkinci mövsümün ilk verilişi isə yaxın zamanlarda İctimai Televiziyada yayımlanacaq. İlk mövsümün qalibi müğənni Aysel Nərimanova olub. “Böyük səhnə”də ikinci yeri Nigar Məmmədova, üçüncü yeri isə Vlada Axundova tutub.


Teqlər:
Bu xəbər cəmi 1150 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR