Bu müddətdə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 18 447 sığorta tələbi üzrə 25,3 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.
Bu sığorta tələbləri 16800 sığorta hadisəsi üzrə qeydiyyata alınıb. Sığorta hadisələrinin 78,9%-i Bakı şəhəri və Abşeron yarımadası ərazisində, 3,42%-i Sumqayıt, 2,09%-i Gəncə, 1,15%-i Şəki, 1,03%-i Bərdə, 0,89%-i Şirvan, 0,80%-i Astara, 0,78%-i Yevlaxda, 10,9%-i isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb.