Yanacağın bahalaşması ayrı-ayrı məhsullarda və xidmətlərdə qiymət artımına gətirib çıxarır.Benzin və dizelin qiymətinin 30 faiz artması səbəbindən rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobuslarda da qiymət artırılıb.
Yanvarın ilk günlərindən etibarən sərnişindaşıma yeni qiymətlərlə həyata keçirilir. Yaxın rayonlara qiymət artımı bir manat olsa da, uzaq rayonlarda bu iki manata qədər çatır. Məsələn əvvəllər Ucar, İmişli, Kürdəmirə “Hyundai” markalı avtobuslar adamın birini 4 manata aparırdısa indi bu qiymət 5 manatdır.
Qiymət artımı rayonlardan Bakıya və əks istiqamətə sərnişin daşıyan taksilərdə də müşahidə edilir.