“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, 2013-cü ildə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində mühüm göstəriciyə nail olub. Belə ki, Birliyin bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 30374 mənzili əhatə edir.
Xatırladaq ki, 2012-ci ildə 60 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdu.