2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4,1 faiz, süd istehsalı 5,9 faiz, yumurta istehsalı 16,3 faiz və yun istehsalı 2,2 faiz artıb.
Bildirək ki, noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,0 faiz, yumurtanın istehsalçı qiymətləri 3,7 faiz ucuzlaşıb, diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,6 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,2 və 0,9 faiz, təbii balın 0,3 faiz, südün istehsalçı qiymətləri isə 0,4 faiz bahalaşıb.