1988-ci ildən 2013-cü ilədək Azərbaycanın avtomobil yollarında 66 min 987 yol qəza hadisəsi qeydə alınıb.
Nəticədə 23 min 413 nəfər ölüb, 74 min 781 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Statistikaya görə, ötən 24 ildə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Belə ki, həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib.
Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.
Yola saldığımız 2013-cü ildə isə respublika ərazisində 2846 yol qəzası baş verib, 1164 nəfər ölüb, 2948 nəfər xəsarət alıb.