ELŞAD ABDULLAYEVDƏN DAHA BİR VİDEO BOMBA - (EKSKLÜZİV)
Hazırda Fransada olan ABU-nun sabiq rektoru Elşad Abdullayev 20 fevral, axşam saatlarında yeni video paylaşacağı ilə bağlı anons verib. Bu barədə müxbirimizi E.Abdullayevlə bağlı araşdırma aparan Elnur Məcidli məlumatlandırıb. E.Məcidli deyib ki, videonun 90 faizi artıq yüklənsə də, tam yüklənmə gecə saatlarında yekunlaşacaq. Biz də qəzet çapa gedən saatlarda yayımlanacaq videonun tərkibi ilə bağlı oxucuları məlumatlandırmaq istədik. Videogörüntüləri isə, hər hansı bir əskiklik olmasa, musavat.com saytına yerləşdirəcəyik.
E.Məcidli videonun ümumi tərkibi ilə bağlı məlumat verərək, onun bütün hissələriylə yayımlanacağını vurğuladı. Müsahibimiz video görüntülərin 09.Xl.2004-cü il tarixində qeydə alındığını dedi. Onun deməsinə görə, videonun əsas qəhrəmanı DİN polkovniki Rasim İldrımzadədir.
E.Məcidlidən yazılı gələn aşağıdakı mətdə vurğulanır ki, DİN-in polkovniki Rasim İldrımzadənin cinayət xarakterli əməlləri aşagıdakılarla xarakterizə olunur :
1. Rasim İldırımzadə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat - "ölüm eskadronu " tərəfindən oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri qaytarılması ücün qardaşı huquq professoru Elşad Abdullayevədən 1 milyon ABŞ dolları tələb etmişdir ;
2. Rasim İldrımzadə zərərcəkmiş Elşad Abdullayevlə BDU-nun huquq fakültəsində birgə oxuduqları dövrü və müəllimləri xatırlayırlar:
3. Rasim İldrımzadə “Mahiri məndən başqa hec kim gətirə bilməz, Siz mənə qarant durmalısınız “-deyir;
4. Rasim İldrımzadə qeyd edir ki, Mahirin “yerini bilirəm, o, sag-salamatdır, gözümlə görmüşəm”;
5. Rasim İldrımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, Mahiri 3-5 günə şəxsən gətirib təhvil verəcəm Sizə ;
6. “Mahir hazırda Azərbaycanın sərhəddindədir”;
7. “Mahiri siravi oğrular oğurlamayıbdır, hökumətin icindəki banditlər oğurlayıbdır”;
8. “Mahirə görə kim sənin yanına gəlsə qov getsin, hətta mənim adımdan da gəlib desələr belə, yaxınına buraxma”;
9. “Mahir sağdır gəlib nə olubsa hər şeyi sənə danışacaq , sənilə telefonla danışmağa qoymurlar”;
10. “Elsad muəllim Mahiri məndən alarasan, bu gündən Mahirə mənəm cavabdeh” .
Video internetə yüklənən kimi biz də oxucularımızı onunla bağlı daha geniş məlumatlandırmağa çalışacağıq.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.