Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, bir sıra küçə və prospektlərdə yaranmış tıxac iş gününün bitməsi ilə əlaqədardır.
Bu səbəbdən paytaxtın Üzeyir Hacıbəyov, Rəşid Behbudov küçələrində, Heydər Əliyev, Tbilisi, Babək, Neftçilər prospektlərində, həmçinin Bayraq Meydanından “Azneft meydanı” istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Sürücülərdən həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri tövsiyə olunur.