Bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 3,9 milyon manatdan çox olub.
Ümumilikdə, 2013-cü ilin yanvar-dekabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 911,9 mindən çox sığorta müqaviləsi bağlanıb, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 69,3 milyon manat təşkil edib.
2012-ci illə müqayisədə 2013-cü ildə sığorta müqavilələrinin sayında 0,5%, sığorta haqlarının məbləğində 3,6% azalma müşahidə edilib.