Müdafiə Nazirliyi sistemində yeni təyinatlar olub. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Naxçıvan hərbi liseyinin rəisi, general-mayor Rasim Əliyev və Naxçıvandakı “N” saylı hərbi hissənin komandiri, polkovnik Teymur Eyyubov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifələrinə təyin ediliblər.
Bundan başqa, Naxçıvan hərbi polisinin rəisi, polkovnik Elman Orucov Naxçıvan hərbi liseyin rəisi vəzifəsinə, polkovnik Namiq Bayramov isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsinə təyinat alıblar.
Şəmkir hərbi birləşməsində komandir müavini vəzifəsində çalışan polkovnik Xəqani Cəbrayılova isə Şəmkir korpusunun qərargah rəisi vəzifəsinin icrası həvalə olunub.