Bu gün Müsavat başqanı İsa Qəmbər Azadlıq Radiosunda Nəsimi rayon məhkəmə icraçılarınının evindəki əmlakı qeydiyyata alınması ilə bağlı sualları cavablandırıb.
“Yenimeydan.info”nun məlumatına görə, İsa Qəmbər hər iki oğlunun işsiz olduğunu bildirib: “Faktiki olaraq Turqut evə gəlir gətirmir, tərcümələrlə yaşayır, tərcümədən qazandığı pulları da öz xərclərinə yönəldir. Bəs hardan Turqut evdə olan kondisionerə, televizora, noutbuka görə deyə bilər ki, mənim burda paym var? Bu absurddur”.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.