Təhsil sektorunda çalışan 30 yaşlı Arzu Fikrət qızı Məmmədova Sabunçu rayon icra hakiminin müavini təyin edilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, gənc xanım humanitar məsələlər üzrə müavin kimi fəaliyyətə başlayıb. Artıq A.Məmmədova icra başçısının müavini kimi bir neçə tədbirdə də iştirak edib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü A.Məmmədova AMEA-nın disertantıdır. Filologiya üzrə fəlsəfə doktoru olan gənc xanım evlidir. Bir övladı var. İcra hakimiyyətinə gətirilməzdən əvvəl A.Məmmədova Bakı Baş Təhsil İdarəsində məsləhətçi işləyib. Xatırladaq ki, 25 yaşlı Aygün Əliyeva dekabrda Binəqədi İcra başçısının müavini təyin edilmişdi.