Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gürcüstanda benzinin ucuzlaşmasının sirri

Gürcüstanda benzinin ucuzlaşmasının sirri

Gürcüstanda neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şirkətlər yeni il bayramı günlərində benzinin və dizel yanacağının qiymətini aşağı salıblar. “Trend” agentliyinin xəbərinə görə, “LUKoil Georgia” şirkəti yanvarın 5-dən etibarən benzin və dizel yanacağının parakəndə satış qiymətlərini müvafiq olaraq 5-10 tetri (1 lari 0,58 ABŞ dollarına bərabərdir) ucuzlaşdırıb.


 


Beləliklə, Gürcüstanda “euro regular” markalı benzinin 1 litri 1,97 lari, yəni 1 dollar 16 sent, yaxud 90 qəpik olub. “Euro super” markalı yüksək oktanlı benzinin 1 litri isə 2,22 lari olub.


 


“Premium avangard” markalı benzin 10 tetri ucuzlaşaraq 2,12 lari, dizel yanacağı isə 5 tetri ucuzlaşaraq 2,17 lari olub. 


 


Bundan əvvəl “Sun Petrolium Georgia” şirkəti də benzinin və dizel yanacağının qiymətini aşağı salmışdı. Həmçinin Gürcüstan bazarında benzin və dizel bazarında əhəmiyyətli ölçüdə paya malik olan “SOCAR Georgia” şirkəti “euro regular” markalı benzini və “energy” markalı dizel yanacağını 5 tetri ucuzlaşdırıb. Ucuzlaşmadan sonra nefti olmayan Gürcüstanda benzinin qiyməti təxminən Azərbaycandakı qiymətlərə yaxınlaşıb.


 


Ötən il dekabrın 3-də Azərbaycanda benzin və dizel yanacağı bahalaşıb, Aİ-92 markalı benzinin 1 litri 70 qəpik, Aİ-95 markalı benzinin 1 litri isə 80 qəpik, yəni 1 dollardan yuxarı olub. Gəzən şayiələrə görə, hökumət benzini yenidən bahalaşdırmağa hazırlaşır. 


Təbii ki, ARDNŞ-in Azərbaycanda benzini bahalaşdırandan cəmi 1 ay sonra Gürcüstana benzini ucuzlaşdırması heç bir tənqidə dözmür. Daşınma və gömrük xərclərini də hesablasaq, Gürcüstanda satılan benzinin maya dəyəri Azərbaycanda satılan benzinin maya dəyərindən yüksəkdir. Ancaq qiymətlər təxminən eynidir, üstəlik də Azərbaycanda bahalaşma, Gürcüstanda isə ucuzlaşma tendensiyası gedir. Zahirən elə görünür ki, ARDNŞ Azərbaycan əhalisinə qarşı sayğısızlıq nümayiş etdirir. Bəlkə də həqiqətən də elədir. Ancaq ARDNŞ-in Gürcüstanda benzini ucuzlaşdırmasının obyektiv səbəbləri var. Ən böyük ciddi səbəb budur ki, nefti olmayan Gürcüstanın yanacaq bazarı bir şirkətin monopoliyasında deyil. ARDNŞ Gürcüstanın benzin bazarındakı oyunçulardan biridir (“LUKoil Georgia”, “Sun Petrolium Georgia”, “SOCAR Georgia”) və burada sağlam rəqabət hökm sürür. Bu rəqabət mühiti bazarda möhkəmlənmək üçün qiymətləri imkan daxilində ucuzlaşdırmağa vadar edir.  “LUKoil Georgia” və “Sun Petrolium Georgia” benzini ucuzlaşdırandan sonra ARDNŞ-də qiymət endiriminə məcbur olub. Əks halda Azərbaycan şirkəti rəqabətdə uduzmuş olacaqdı. 


Azərbaycanda isə vəziyyət tam fərqlidir. ARDNŞ yanacaq bazarında təbii inhisarçı sayılır, üstəlik də benzinin qiymətlərini Tarif Şurası müəyyən edir. Yəni Azərbaycanın yanacaq bazarında nəinki normal rəqabət mühiti, heç rəqabət elementləri də yoxdur. Dövlət monopoliyası isə tək qapıya futbol oynamaq kimi anormal durum yaradır – bazarda başqa oyunçular olmadığından istənilən qiyməti diktə edirlər. 


İkinci amil budur ki, Gürcüstan iqtisadiyyatı şaxəli iqtisadiyyatdır. Burada bir sektorun dominantlığı yoxdur.  Gürcüstan hökuməti benzinin qiymətini qaldırıb büdcəni doldurmaq siyasəti yeritmir. Əksinə. Gürcüstan hökuməti enerji qiymətlərinin ucuz olmasında maraqlıdır ki, inflyasiya risklərini minimuma endirsin. Azərbaycanda isə tam fərqli mənzərə var. 


Azərbaycan büdcəsi, neft sektorundan, o cümlədən də benzin satışından asılı durumdadır. Neft sektorunun payı büdcədə 68 faizdir. Neft hasilatı azalan kimi büdcədə boşluqlar yaranmağa başlayır. Hökumət də məcbur olur ki, benzinin qiymətini qaldırmaqla büdcədəki boşluqları doldursun. Gürcüstan hökuməti yanacaq bazarını bütövlükdə ARDNŞ-in öhdəsinə buraxsaydı, onda Gürcüstanda benzinin qiymətinin 2 dollardan ucuz olmayacağı şübhəsiz idi. Neftdən asılı iqtisadiyyatla şaxəli iqtisadiyyat, inhisarçı mühitlə rəqabət mühiti arasındakı fərq də elə budur.   

Teqlər:
Bu xəbər cəmi 1570 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR