Alimlər sensasiyalı açıqlama yayıblar: Yer kürəsi 2011 AG5 nəhəng asteroidi ilə toqquşandan sonra məhv ola bilər.Məlumata görə, asteroidin ölçüsü 150 metrə yaxındır.
Dünyanın sonunun təxmini tarixi 5 fevral 2040-cı il göstərilir. Alimlər fəlakət ehtimalını yüksək qiymətləndirirlər – 1:625 nisbətində.
Asteroidin Yerlə toqquşması nəticəsində milyonlarla insan həlak olacaq. Lakin bəşəriyyətin tam məhv olması baş verməyəcək. Ekspertlər həmçinin, bu toqquşmanın qarşısını almağın yolları üzərində işləyirlər.
Variantlardan biri kimi xüsusi hazırlanmış raket vasitəsilə asteroidin trayektoriyasını dəyişmək və ya onu Yer üçün təhlükəsiz məsafəyə uzaqlaşdırmaq planı üzərində işlənilir.
Nüvə silahından istifadə üsulu da nəzərdən keçirilib. Lakin bu variant bir elə uğurlu sayılmayıb. Nədən ki, o halda asteroidin qəlpələri meteorit yağışı çəklində planetimizin üzərinə səpələnə bilər.