“Qalatasaray” “Qarsshoper”in futbolçusu İzzət Hayroviçi heyətinə qatıb.Türkiyə mətbuatına istinadən xəbər verilir ki, “sarı-qırmızılılar” 22 yaşlı yarımmüdafiəçi və klubu ilə razılığa gəlib.
Məlumatlara görə, İstanbul təmsilçisi Hayroviçlə 4.5 illik müqavilə imzalayacaq. Gənc futbolçu yanvarın 8-də “Cim-Bom”un Antalyadakı təlim-məşq toplanışına qatılacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan İzzət 2009-cu ildən İsveçrə klubunda çıxış edir.