Artıq 12 ölkə “Avroviziya 2014” mahnı müsabiqəsində iştirak etməkdən imtina edib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorranın başlatdığı tendensiyanı Bolqarıstan, Bosniya və Hersoqovina davam etdirir. Serbiya, Çexiya və Kipr kimi bir çox ölkələr bildiriblər ki, onların müsabiqədən çıxma səbəbi maddi problemlərlə yanaşı layihəyə olan ictimai marağın itməsidir.
Türkiyə müsabiqədə səsvermə sistemində kiçik dəyişikliyə görə, xüsusən də təşkilatçı komitənin qarışıq münsiflər heyətinə görə istirak etməkdən imtina edib. Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya və Kipr öz yerli televiziyalarının efirlərində bildiriblər ki, maliyyə çatışmazlığı səbəbi ilə müsabiqədə iştirak etməkdən imtina ediblər.