Rayon İcra hakimiyyəti aqrar məsələlər şöbəsindən verilən məlumata əsasən, Prezident İlham Əliyevin tövsiyyəsinə uyğun olaraq Şəkidə ağac əkini kampaniyası davam etdirilir.
Yaz və payız mövsümündə şəhər İcra hakimiyyətinintəşəbbüs və təşkilatçılığı ilə şəhər və kəndlərdə, yol kənarlarında, park və meydanlarda, idarə və müəssisələrin ətrafında məktəbyanı sahələrdə və digər boşərazilərdə ağac əkinləri həyata keçirilib. Əkinlərdə əsasən yerli meşə və meyvəcinsli tinglərdən istifadə olunmaqla ümumilikdə 50 min ədədədək ting əkilib.
İcra sturukturundan o da bildirilib ki, erkən yaz dövründən başlayaraq yeni tingliklərin salınmasına, yaşıllıq zolaqların artırılmasına start veriləcək.