Cinayət Məcəlləsinin 178-ci (dədləduzluq) maddəsi ilə barəsində iş açılan R.Musayevin saxlanmasına səbəb Eldar Xəlilov adlı şəxsin onu 542 min manat pulu mənimsəməkdə günahlandırması olub.
E.Xəlilov bildirib ki, R.Musayevin şəhərin mərkəzində bir neçə mağaza var və həmin mağazalarda kompüter avadanlıqlarının satışı ilə məşğul olur.
Xaricdən mal gətirilməsi üçün R.Musayevə 542 min pul verdiyini bildirən Eldar Xəlilov bu müddət ərzində pulunu geri ala bilməyib. Həmçinin kompyuter avadanlıqlarını da gətirilmədiyini bildirib.
Eldar Xəlilovun Ramin Musayevlə şərik olduğu da bildirilir.
AzNews.az-a daxil olan məlumata görə, barəsində dələduzluq maddəsi ilə cinayət işi açılan Ramin Ağayev iki gün saxlandıqdan sonra dekabrın 30-da sərbəst buraxılıb.
Onun Apple şirkətinin Azərbaycandakı nümayəndəsi olduğu və bu hadisədən sonra təmsilçiliyi əlindən alındığı bildirilir.
İki gün ərzində Səbael rayon Polis İdarəsində saxlanılan R.Musayevin sərbəst buraxılması isə notarial qaydada üzərinə bəzi öhdəliklər götürdükdən, daha doğrusu Apple brendinin təmsilçiliyini təhvil verdikdən sonra mümkün olub.
Belə ki, əvvəl təqsirləndirlən şəxs qismində saxlanılan R.Musayev bundan sonra şübhəli şəxs qismində dindirilib.
R.Musayevin hətta üzərinə bəzi öhdəliklər götürmək üçün notariusa polis əməkdaşlarının müşayəti ilə aparıldığı da daxil olan məlumatlar arasındadır. Başqa bir məlumata görə isə, cinayət işində söhbət heç də 500 min manatdan yox, 1 500 000 manatdan gedir.
R.Musayevin hüquqlarını vəkil Kamandar Nəsibovun müdafiə etdiyi bildirilir. Lain K.Nəsibov Azərbaycanda olmadığına görə, məlumatı vəkillə dəqiqləşdirmək mümkün olmayıb.