İnternetdə Yer kürəsində yaşayan insanların danışdığı 7776 dildən yalnız 388-dən istifadə edilir.
Bu barədə “BBC” televiziya şirkətinin sifarişi ilə aparılan araşdırmada deyilir.
Cari ilin aprelinə internetdə mövcud ümumi mətnli məlumatların 54,9 faizi ingilis dilində olub. İkinci yeri 6,1 faizlə rus dili tutub. İlk üçlüyü alman dili tamamlayır.