Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti, atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-18° şaxta, bəzi yerlərdə 20°-dək şaxta, gündüz 7-12° şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən gecə və səhər az qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 5-10° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında Əsasən gecə və səhər az qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 7-10° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, çiskin olacaqdır. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2-7° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.