Əslində Kəlbəcər rayonuna aid olan lakin İşğaldan sonra Ermənilərin Ağdərəyə aid etdikləri və Drmbon adlandırdıqları Heyvalıda yerləşən Base Metals Erməni şirkəti Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə talan edir. Memar planı qurulmadan edilən hasilat nəticəsində artıq rayon ərazisində çökmələr qeydə alınıb, bulaqlar qurumağa başlayıb.
Qarabağda məskunlaşan erməni Artuş Samvelyan deyir: "Evimizin arxası çökür, tək bizdə deyil, kənddə neçə adamın evinin bir hissəsi çöküb. Necə gəldi çıxarırlar, bu qədər acgözluk olmaz, Mənim qardaşım oğlu orda işləyirdi. Qəpik quruşa işlədirlər amma özləri satıb sovururlar pulları həm də necə gəldi". Şirkət qızıl ixracı ilə də məşğul olur.
Şirkət əslində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın nəzarətindədir. "Base metals"ın direktoru Artur Mkrtumyanın sözlərinə görə, şirkət indi böhranla üz-üzədir: "İşçilərin tətil etməsi ilə əlaqədar böhran yaşanır. Məcburuq qiyməti qaldıraq. İndiyədək yaş çəkisi ilə 30 min ton mis hasil etmişik". Artıq Vardadzor adlandırılan Qızılbulaq kəndində yaşayan ermənilərin köçürülməsinə də başlanılıb.
"Base metals" burda mis-molibden yatağında hasilat işlərinə başlamaq üçün hazırlıq aparır. Kənddən necə gəldi köçürülən ermənilər isə artıq etiraz etməyə başlayıb, onlar həm də belə bir zavodun ətrafa zəhər saçacağını da deyir. Yeni mis-molibden yatağında istismar işlərinin başlaması ilə Tərtər istiqamətində axan çaylara da zəhərli maddələr axıdılacaq.
Qeyd edək ki, Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı mövcuddur.