Kampaniya Xaricdə Təhsil Alan və Məzun Olmuş Tələbələrin Forumu (ASAIF) tərəfindən təşkil edilib.
Kampaniyanın əsas məqsədi dünya əhalisininin diqqətini nəinki Qarabağ müharibəsinin günahsız qurbanlarına, həmçinin dünyada hazırda davam edən bütün digər münaqişələrə yönəldərək məcburi şəkildə evlərindən didərgin salınmış və köçkün həyatına məhkum edilmiş minlərlə insanların taleyi barədə düşünməyə və hərəkətə keçməyə dəvət etməkdir.
Kampaniyanın bu ilki fəaliyyəti Azərbaycan Diplimatik Akademiyasında (ADA) hələ də göstərişə açıq olan “Voices for Khankendi” sərgisinin açılışı ilə başlayıb. Hazırda dünyanın 10-dan artıq ölkəsində Xankəndi üçün, Qarabağ üçün davam edir və kampaniya ay sonunadək davam edəcək.
10-dan artıq ölkədə ASAIF-çilər və onların xarici dostlarının iştirakı ilə keçirilən kampaniya, Türkiyə, Rusiya, Avstriya və Kipr daxil olmaqla tələbələrimizin təşəbbüsü ilə insanları sülhə və birliyə çağıran və bununla da ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldən tədbirlər təşkil olunub.
Gün ərzində isə daha bir neçə dünya paytaxında bu aksiyalar davam edəcək.
Xocali faciəsinin acı nəticələri ingilis və alman dillərinə tərcumə edilərək, broşurlar şəkildə ətrafda olan insanlara paylanılıb. Yerli əhali və xarici turistlər bu aksiyaya öz müsbət münasibətlərini bildiriblər.