Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeni internet televiziya servisi tətbiq edilir

Yeni internet televiziya servisi tətbiq edilir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) OTT (Over-The-Top) texnologiyası əsasında yeni internet televiziya servisini tətbiq edir. Bunu MHM-in direktor müavini Sahib Nəcəfov deyib.



Onun sözlərinə görə, servisdən Ott.az ünvanında test rejimində istifadə etmək olar. Sistemdə avtorizasiya üçün login sətrində "ott" yazmaq lazımdır. Xidmət yanvarın 15-dən sonra kommersiya istismarına veriləcək.



S.Nəcəfov qeyd edib ki, hazırda Ott.az servisi ilə 44 televiziya kanalına baxmaq mümkündür: "Gələcəkdə telekanalların sayı artırılacaq. İlkin olaraq aylıq abunə haqqı 6 manat təşkil edəcək. Ödənişi onlayn, özünəxidmət terminalları şəbəkəsi və rabitə poçt şöbələri vasitəsilə həyata keçirmək mümkün olacaq".



OTT texnologiyasının klassik IP-TV-dən fərqi istehlakçıya hansı provayderdən istifadə etməsindən asılı olmayaraq, dünyanın istənilən yerində keyfiyyətli xidmətin göstərilməsidir.



OTT platforması istənilən qurğudan (televizor, kompüter, smartfon, planşet kompüteri) istifadə edərək internetə qoşulmaqla çoxkanallı televiziyaya və filmlərə baxmağa imkan verir.



IP-TV-dən fərqli olaraq OTT həlli tam alternativ və geniş zolaqlı şəbəkə operatorlarının mövcud biznesinin gəlirlərini artırmağa imkan verən vacib əlavə qismində çıxış edə bilər.



Həll operatorlara internet istifadəçilərinin hesabına əlavə gəlir qazanmağa və abonent bazasını xeyli genişləndirməyə imkan verəcək yeni internet televiziya təqdim etməyi mümkün edir.


Teqlər:
Bu xəbər cəmi 1625 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR