Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu bayram günlərində Bakıda gözlənilən hava şəraitini açıqlayıb.


Bürodan verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında səhər hava şəraitinin buludlu, bəzi yerlərdə dumanlı, çiskinli olacağı gözlənilir.



Cənub-qərb küləyi əsəcək. Küləyin sürəti 8-13, arabir 15-17 m/s təşkil edəcək. Havanın temperaturunun 4-6 dərəcə isti olacağı ehtimal olunur.



Gündüz hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Küləyin sürəti 8-13, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir.



Axşam buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi əsəcək. Küləyin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.



Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.



Yanvarın 1-də səhər hava şəraitinin buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 17 m/s təşkil edəcək. Havanın temperaturunun 3 dərəcəyədək isti olacağı gözlənilir.



Gündüz buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturunun 5 dərəcəyədək isti olacağı gözlənilir.



Axşam buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 18 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.



Azərbaycanın rayonlarında da dekabrın 31-də hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, ayrı-ayrı rayonlarda çiskin olacaq, mülayim şərq küləyi əsəcək.



Havanın temperaturu Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.



Naxçıvanda gecə 15-20 dərəcə şaxta, bəzi yerlədə 23 dərəcə şaxta, gündüz 8-13 dərəcə şaxta gözlənilir.


Teqlər:
Bu xəbər cəmi 1175 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR