Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AB-dən Ərdoğan hökumətinə sərt tənqid

AB-dən Ərdoğan hökumətinə sərt tənqid
Ştefan Füle: «Türkiyə hökuməti öz maraqlarına görə kimlərinsə hüquqlarını tapdamamalıdır» Hökumət isə cavab olaraq «daxili işimizə qarışmayın» mesajını verdi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin ayrı-ayrı bölgələrində, eləcə də paytaxtda keçirdiyi görüşlərin demək olar ki, hamısında “böyük rüşvət əməliyyatından” söz açaraq baş verənləri hökumətinə qarşı təxribat kimi qiymətləndirməyə çalışır. Dünənki görüşlərində də baş nazirin gündəmində yenə 17 dekabrda başlayan bu əməliyyat olub.

Ərdoğan: “Bu adam üz qarasıdır”

Ərdoğan ilk olaraq “ikinci rüşvət əməliyyatı”nı başladan xüsusi səlahiyyətli prokuror Muammer Akkaşın ünvanına sərt tənqidlər səsləndirib: “Bir prokuror ədliyyə qarşısında bəyanat paylayarmı? Bu adam üz qarasıdır. Hakimlər və Prokurorların Ali Şurasına cinayətlə bağlı müraciət edirəm”.
Ərdoğan hökumətin təklif etdiyi Ədliyyə Nazirliyi və Daxili Işlər Nazirliyinin idarəetmə prosedurunda dəyişikliyi “Konstitusiya pozuntusu” kimi qiymətləndirən Hakimlər və Prokurorların Ali Şurası haqqında “Hakimlər və Prokurorların Ali Şurası da cinayət edib. Bunları kim mühakimə edəcək? Səlahiyyətim çatsa, mən mühakimə edərdim. Bunları millət mühakimə edəcək!”, - deyə bildirib.
Qeyd edək ki, M.Akkaş bir müddət əvvəl “ikinci rüşvət əməliyyatı”nın gedişində polisin prokurorluğun tələblərini yerinə yetirmədiyini və bəzi şübhəlilərin qaçmasına zəmin yaratdığını demişdi. Ölkənin fərqli bir dönəm yaşadığını deyən Ərdoğan Türkiyə cəmiyyətini silkələyən proseslərin arxasında xarici qüvvələrin dayandığına işarə edib: “11 ildir bizdən belə sıçrayışı gözləməyənlər oyunlarının alınmadığını görüb başqa vasitələrə əl atdılar. Bu olayların arxasında beynəlxalq amillər durur. Bizim bir mübarizəmiz var - öncə insan, sonra dövlət. Biz bunu bacardıq. Biz damdan düşərək gəlmədik. Keçmişdə nələrin yaşandığını bilənlərdən biri də mənəm. 17 dekabr əməliyyatına ”korrupsiya" adı verdilər. Buna belə ad qoyanlar özləri korrupsiya içindədir".
APA-nın məlumatına görə, Ərdoğan bəzi partiyadaşlarının ünvanına tənqidi fikirlər səsləndirməyi də unutmayıb:ÿ"Nazir olanda hər şey yaxşı idi. Ancaq nazir vəzifəsindən getdikdən sonra “filan naziri bəyənmirəm” deyir. Məgər sənin belə səlahiyyətin var? Həddini bil".

“Bədduaya lənət, duaya dəvət”

Cümhuriyyət meydanındakı çıxışında isə Ərdoğan yenə Fətullah Gülənə mesaj göndərib: “Acı məqamlardan biri də odur ki, bu hücumda Türkiyə daxilindəki bəzi qüvvələr də yer alıblar. Siz əsla bəddua etməyin. Kim olursa olsun, etməyin. Siz dua edin. Bizə yaraşan budur. Müsəlmanın əlindən və dilindən kiməsə zərər gəlməməlidir”.
Bir daha Gəzi Parkı olaylarını xatırladan baş nazir bəzi qüvvələrin bununla kifayətlənməyərək indi də məlum əməliyyatla Türkiyəni qarışdırmaq istədiyini bildirib: “Türkiyə daxilində bəzi birliklər alçaqcasına bizə qarşı bu oyunda maşa rolunu oynayıblar. Türkiyə korrupsiyalaşsaydı, 10 ildə ”Ziraat Bankı", “Halkbank”, “Vakifbank” indiki kimi xeyirlə yox, zərərlə işləyərdi. 52 hava limanımız var. Bunlar birdən-birə olmayıb. Biz gələndən sonra 72 vilayətə təbii qaz verilib".

Ordu yaxasını kənara çəkdi

Türkiyədə yaşanan son olaylar Istanbulda da etirazların başlamasına səbəb olub. Insanlar sosial şəbəkələrdə “Taksimdə görüşək” şüarı altında təşkilatlanaraq etirazlara çıxıblar.
Polis hökumət əleyhinə şüar səsləndirənlərə qarşı su, gözyaşardıcı qaz və plastik güllələrdən istifadə edib. Mindən çox etirazçı baş nazir Ərdoğanın və kabinetinin istefasını tələb edib. 70 aksiyaçı polis tərəfindən saxlanılıb. Türkiyənin Ordu Komandanlığı isə açıqlama verərək hökumətdə yaranmış böhrana qarışmaq niyyətində olmadığını bəyan edib. Baş Qərargah “Türkiyə silahlı qüvvələrinin siyasi debatlarda iştirakçı olmayacaq” məzmunlu bəyanat yayıb.
Qeyd edək ki, Ərdoğana yaxın bəzi siyasətçilər korrupsiya qalmaqalının ölkədə hərbi çevriliş üçün istifadə ediləcəyini bildirmişdilər.

Füle sərt danışdı

Avropa Birliyi rəsmi Ankaranı korrupsiya qalmaqalını şəffaf araşdırmağa çağırıb. Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Türkiyədə vəziyyətin inkişafını “yüksələn narhatlıqla” izlədiyini bildirib. Onun sözlərinə görə, Türkiyə hökuməti bütün zəruri tədbirləri görməlidir ki, vəzifə cinayətlərinin təhqiqatı partiya marağına görə kimlərinsə hüquqlarını tapdamasın. Bundan əlavə, Füle Türkiyə hökumətinə Avropa Birliyinə namizəd ölkələrin öhdəliklərinə əməl etməyi tövsiyə edib.
Ş.Füle bəyanatında baş nazir Ərdoğanın polisin fəaliyyətində dəyişkliklər barədə qərarını “müstəqilliyə qarşı təxribat və ədliyyə orqnalarının fəaliyyətinin yararsızlığı” kimi dəyərləndirib.
Avropa Birliyinin komissarı həmçinin polis sıralarından çoxsaylı kənarlaşdırmaların narahatlıq yaratdığını vurğulayıb.

Yeni nazirdən avropalı komissara cavab

Fülenin bu açıqlamalarına Türkiyənin Avropa Birliyi ilə əlaqələr üzrə yeni təyin olunmuş naziri Mövlud Çavuşoğludan dərhal cavab gəlib. Çavuşoğlu “Avropalı dostlarımızı Türkiyənin daxili işləri ilə bağlı olan, həmçinin siyasi çalarlar daşıyan məsələlər barədə şərh verərkən daha təmkinli olmağa çağırırıq”, - deyə Füleyə irad bildirib.

AKP-dən istefa verən deputat: “Baş nazir güzgüyə baxsın...”

Dekabrın 27-də AKP-dən istefa verən deputat, keçmiş Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay yenə baş nazir Ərdoğanın ünvanına tənqidlər səsləndirib. Deputat Ərdoğanın ona işarə vuran “xəyanət” ittihamını üstünə götürmədiyini bildirib: “Baş nazir düşdüyü psixoloji gərginlikdən bir an uzaqlaşıb güzgüyə baxsa, necə insafsız qiymətləndirmə etdiyini qəbul edəcək. Biz ona çox çətin günlərdə köməklik etdik. Hansı yolda getməsi ilə bağlı xəbərdarlıq etdik. Əgər xəbərdarlığı xəyanət sayırsa, ciddi psixoloji dərketmə problemi var”.
Günay bildirib ki, 2004-2007-ci illərdə Ərdoğanın Türkiyəni satdığını deyən şəxslər indi baş nazirə məsləhətçi olublar: “Yolları açıq olsun. Insanı dostuyla tanıyırsan. Ətrafına baxsın. 2006-2007-də ona demədiyini buraxmayanlar indi baş nazirə xidmət göstərirlər. Insanı dostları yoldan çıxarır”.
Deputat onu da bildirib ki, AKP-dən istefa verəndən sonra geniş kütlədən bu qərarına dəstək gəlib: “Biz istefa etmək niyyətində deyildik, sadəcə partiya daxilində həqiqətləri deməyə çalışdıq. Amma onlar ”təmiz siyasəti dəstəkləyirəm" deyənləri cəzalandırmağa çalışdılar. Biz də buna göz yuma bilməzdik".

Ajda Pekkandan Ərdoğana dəstək mesajı

Türkiyənin tanınmış sənətçisi Ajda Pekkan isə “Twitter”dən baş nazir Ərdoğana dəstək mesajı göndərib. “Baş nazirimizi güdaza vermərik” deyən A.Pekkan bildirib ki, 17 dekabrda həyata keçirilən rüşvət və korrupsiya əməliyyatında siyasəti etibardan salmaq niyyəti güdülüb: “Siyasi mövqeyimizdən asılı olmayaraq, əməliyyat keçirmək bəhanəsilə sivil iqtidarı devirmək istəyənlərə qarşı çıxmalıyıq”.


0

0
Teqlər:
Bu xəbər cəmi 1830 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR