Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlət Neft Şirkətindən 1100 nəfər işdən çıxarıldı (Yenilənib)

Dövlət Neft Şirkətindən 1100 nəfər işdən çıxarıldı (Yenilənib)
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks qazma işləri İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Kompleks qazma işləri İdarəsinin bəzi trestlərinin bağlanması ilə bağlı sualı cavablandırarkən bildirib: “İndi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir”.

“Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin “Azəriqaz” İstehsalat Birliyində də aparılacaq», - deyə R.Abdullayev qeyd edib.

ARDNŞ rəhbəri vurğulayıb ki, bu trestlərin ləğv olunması nəticəsində ixtisar olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək.


***

18.17

Abşeron Qazma İdarəsindən "Azadlıq" radiosuna verilən məlumata görə, rəhbərliyin göstərişi ilə işçilər idarədən çölə buraxılmır: "Hətta bir jurnalist də gəlib çöldə dayanıb. Nə onu içəri buraxırlar, nə də bizi çölə. Heç kimi idarədən buraxmırlar ki, sözümüzü deyək. Hamımız qalmışıq içəridə".

***

13.37

Dekabrın 28-də Abşeron Qazma İdarəsinin rəhbərliyi qurumun ləğv olunması haqda Dövlət Neft Şirkətinin qərarını işçilərə elan edib. İşçilərin “Azadlıq” radiosuna verdiyi məlumata görə, qərar ciddi narazılıqlara səbəb olub və onlar Prezident Administrasiyası qarşısına yığışmağa qərar veriblər: “Biz prezidentdən tələb edəcəyik ki, bu qərarı geri götürsünlər. Bizim idarə ilə yanaşı daha 6 idarə yanvarın 1-dən ləğv olunur. Təkcə bizim idarədə 750 nəfər çalışır. Kompleks Qazma İşləri Trestinə 7 idarə daxildir, bu idarələrdə ümumilikdə 6-7 min adam çalışır. İndi onların hamısını ləğv edirlər. Bağlanma barədə qərar da vermirlər ki, əlimizdə əmr olsun. İdarə rəhbərliyi şöbə müdirlərinə tapşırıq verib ki, heç kimin binadan çıxmasına imkan verməsin. İndi biz nahar fasiləsindən istifadə edib Prezident Administrasiyasının qarşısına gedirik”.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələdən məlumatsız olduqlarının bildirirlər.
Teqlər:
Bu xəbər cəmi 1415 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR