“Media forum” saytı bildirir ki, Serj Sərkisyan indiyə qədərki 5 illik prezidentliyi dövründə işğal altında olan Azərbaycan torpağına – Dağlıq Qarabağa 13 dəfə səfər edib. Bu səfərlər 2008-ci ilin may, oktyabr, noyabr; 2009-cu ilin may, oktyabr; 2010-cu ilin iyun, oktyabr; 2011-ci ilin may, sentyabr; 2012-ci ilin yanvar, may, sentyabr və oktyabr aylarında gerçəkləşdirilib:
8-9 may 2008
24-25 oktyabr 2008
14-16 noyabr 2008
9 may 2009
21-22 oktyabr 2009
24 iyun 2010
13 noyabr 2010
9 may 2011
1 sentyabr 2011
3-5 yanvar 2012
8-9 may 2012
7-8 sentyabr 2012
22-25 oktyabr 2012.
Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Azərbaycanda erməni separatizminin ən qanlı iştirakçılarındandır. 1989-93-cü illərdə Dağlıq Qarabağ silahlılarının başçısı olub. Ermənistanda müdafiə naziri (iki dəfə), Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi, daxili işlər və milli təhlükəsizlik naziri, Prezident Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, baş nazir postlarını tutub. 2008-ci ildən Ermənistanın prezidentidir.