Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Heç bir təbii fəlakət bizi sarsıda bilməz”

“Heç bir təbii fəlakət bizi sarsıda bilməz”
“Fövqəladə Hallar Nazirliyi yaranandan bu günə qədər böyük bir yol keçmişdir. Ölkə daxilində, xaricdə böyük işlər görmüşdür. Əfsuslar olsun ki, təbii fəlakətlər bizdən də yan keçmədi”.
Bunu prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi Akademiyası binasının açılış mərasimində deyib. İ. Əliyev bildirib ki, həm sel, daşqın, ondan sonra zəlzələ iqtisadiyyatımıza, insanların yaşayış səviyyəsinə böyük zərbə vurdu. Ancaq xoşbəxtlikdən nə daşqın, nə sel, nə də son zəlzələ zamanı heç bir bədbəxt hadisə, ölüm hadisəsi olmayıb: “Bütün vətəndaşlar vaxtında müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Ondan sonra əlbəttə ki, gərgin iş başlanmışdır. Çünki daşqın nəticəsində 10 minlərlə hektar torpaq, minlərlə ev su altında qalmışdır. Biz qısa müddət ərzində bütün bu vəziyyətdən əziyyət çəkən insanları yeni evlərlə təmin etdik. Dövlət hesabına minlərlə yeni ev tikilmiş, vətəndaşlara pulsuz, hədiyyə kimi verilmişdir. Məktəblər tikilmişdir. O cümlədən deyə bilərəm ki, biz zəlzələ zonasında da bir il ərzində əsas işlərin görülməsinə nail olduq. Ondan sonrakı dövrdə də tamamlama işləri aparılmışdır.

Bəyan etdiyim kimi, heç bir təbii fəlakət bizi sarsıda bilməz. Azərbaycan dövləti güclü dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bərpa işlərini və evlərin tikintisini Azərbaycan dövləti öz üzərinə götürüb. Dövlət bütün maliyyə xərclərini çəkmişdir. Texniki tərəfdən bu işləri Azərbaycan mütəxəssisləri görmüşlər. Fövqəladə Hallar Nazirliyinin bu işlərdə böyük rolu olmuşdur. Bu, bir daha onu göstərir ki, vaxtilə nazirliyin yaradılmasında böyük məna var idi. Eyni zamanda, bu gün bizim xilasedicilərimiz xarici ölkələrdə xilasetmə missiyasını icra edirlər. Bir neçə ölkədə zəlzələ, daşqın, yanğınlar zamanı bizim qruplarımız xilasetmə işlərində iştirak etmişlər, yüksək qiymətə layiq görülmüşlər, xarici ölkələrin yüksək mükafatları ilə təltif edilmişlər. Mən hesab edirəm ki, bu təcrübə də bizim üçün çox önəmlidir. Xilasedicilərimiz həm daha çox təcrübə toplayırlar, eyni zamanda, Azərbaycan bu sahədə də xoş niyyətini göstərir. Çünki mən dəfələrlə demişəm ki, bizim beynəlxalq siyasətimiz əməkdaşlıq əsasında qurulur. O cümlədən biz də çətin vəziyyətdə olan ölkələrə yardım əlimizi uzatmalıyıq, bunu edirik.

Bu yaxınlarda nazirliyə əlavə funksiyalar verildi, o cümlədən strateji obyektlərin mühafizəsi. Xüsusilə, Mingəçevir və Ceyranbatan su anbarlarının mühafizəsi nazirliyə tapşırılıbdır. Qısa müddət ərzində bütün mühafizə tədbirləri görülübdür. Həm müşahidə kameraları, həm mühafizə sistemi, siqnalizasiya ən müasir səviyyədə qurulubdur. Yəni, strateji obyektlərimiz lazımi səviyyədə qorunmalıdır və qorunur. Əminəm ki, gələcəkdə də nazirliyin əməkdaşları ləyaqətlə işləyəcək, doğma Vətəninə sədaqətlə xidmət edəcəklər”.
Teqlər:
Bu xəbər cəmi 1500 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR