Rusiya Polşa istehsalı olan 11 ton pendiri geri qaytarıb. Buna səbəb kimi «sanitar-baytar qanunlarının pozulması» göstərilib.
Rusiya kənd təsərrüfatı nəzarət qurumundan bildirilib ki, pendirin bir hissəsi Gömrük Birliyi ərazisinə məhsul tədarük etmək üçün uyğun icazəsi olmayan müəssisənin imiş.
Bundan başqa pendirin sertifikatında istehsal tarixində də «problem» olduğu vurğulanıb.
Yükün yiyəsinin inzibati məsuliyyətə cəlb edilməsin məsələsinə baxılır.