Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ASAIF “Voices for Peace, Voices for Karabakh” kampaniyası çərçivəsində ilk dəfə olaraq sərgi keçirib

ASAIF “Voices for Peace, Voices for Karabakh” kampaniyası çərçivəsində ilk dəfə olaraq sərgi keçirib
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) “Voices for Peace, Voices for Karabakh” kampaniyası çərçivəsində ilk dəfə olaraq sərgi keçirib.


ASAIF-in sədri Ramin Həkimov bildirib ki, sərgi 1991-ci il dekabrın 26-da işğal olunmuş qədim Azərbaycan şəhəri Xənkəndinə həsr olunub.



ASAIF sədri deyib ki, kampaniyanın əsas məqsədi Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xankəndi şəhərini unutmamaq, tarixi yaddaşımızı möhkəmləndirmək, şəhidlərimizin xatirəsini yad etmək və gənclərdə Qarabağa sevgi hissinin aşılanmasıdır.



R.Həkimov dekabrın 26-dan etibarən ASAIF-in təşəbbüsü ilə müxtəlif ölkələrdə Xankəndinin işğalına həsr olunmuş kampaniyaya start veriləcəyini söyləyib.



Tədbirdə Azərbaycan mədəniyyətinin bütün dünyada geniş təbliğ olunduğunu diqqətə çatdıran ADA-nın prorektoru Fariz İsmayılzadə bildirib ki, bu sərgi də xalqımızın öz mədəni keçmişinə və mənəvi dəyərlərinə böyük hörmətlə yanaşdığını sübut edir.



F.İsmayılzadə deyib ki, ADA-nın əsas vəzifələrindən biri gənclərə xalqımızın tarixini öyrətməkdir. Bu baxımdan akademiyada belə layihələrin reallaşması çox əhəmiyyətlidir. Eyni zamanda, ADA-da təhsil alan dünyanın 28 ölkəsinin gəncləri bu sərgi vasitəsilə Azərbaycan tarixi ilə tanışlıq imkanı qazanacaqlar.



Sərgidə təqdim olunan rəsm əsərlərinin müəllifi, gənc rəssam və illüzionist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həlimə İsgəndərova sərginin onun həyatında əlamətdar günlərdən biri olduğunu söyləyərək təşkilatçılara minnətdarlıq edib.



F.İsmayılzadə isə qeyd edib ki, sərginin akademiyada keçirilməsində başlıca məqsəd başqa ölkələrdən olan gəncləri Azərbaycanın yaxın tarixi ilə tanış etməkdir.



Mərasimdə Milli Məclisin deputatları Flora Qasımova, Asim Mollazadə və Aydın Mirzəzadə çıxış edərək ömründə Şuşanı görməyən bir gəncin qədim tarixi və zəngin mədəniyyəti olan Qarabağı öz rəsm əsərlərində tərənnüm etməsini yüksək qiymətləndiriblər.



Qeyd edilib ki, Qarabağ Azərbaycanın təkcə musiqi, mədəniyyət beşiyi deyil, həm də özünün görkəmli ziyalıları ilə məşhur bir bölgədir. Belə zəngin mədəniyyətə, musiqiyə sahib olan bir torpaq Azərbaycan dövlətinin başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə erməni işğalından azad ediləcəkdir.



“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycanın bu dilbər guşəsinin mədəniyyətinin, incəsənətinin, musiqisinin zənginliyindən danışmış, Qarabağın mədəni irsini qorumağın hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb.



B.Səfərov sərginin təşkilinə göstərdikləri köməyə görə ASAIF-ə və ADA-nın rəhbərliyinə minnətdarlığını bildirib.



Sərgidə Qarabağın, o cümlədən Şuşanın təbiət mənzərələrini, tarixi-memarlıq abidələrini əks etdirən sənət əsərləri nümayiş olunur. Bu sənət əsərləri tamaşaçıların diqqətini nəinki Qarabağ müharibəsinin günahsız qurbanlarına, həmçinin dünyada davam edən digər münaqişələrə yönəldərək insanların taleyi barədə düşünməyə çağırır.



Sərgi bir həftə boyunca göstərişdə olacaq və ictimaiyyət üçün açıq olacaq.


Teqlər:
Bu xəbər cəmi 855 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR