Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müəllim hazırlığı və işlə təminatı sahəsində dəyişikliklər olacaq

Müəllim hazırlığı və işlə təminatı sahəsində dəyişikliklər olacaq
Azərbaycanda müəllimlərin hazırlanması və işlə təminatı sahəsində mühüm dəyişikliklər ediləcək.


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, son illər Azərbaycan kolleclərində müəllim hazırlığı məhdudlaşdırılıb.



Təhsil Nazirliyinin bu işlə daha ciddi məşğul olmaq fikrində olduğunu deyən F.Qədirov qeyd edib ki, son illər nazirlik tərəfindən müəllimlərin işə qəbulu həyata keçirilir: “Ötən il 20 minə yaxın müəllim mərkəzləşmiş müsabiqədə iştirak edib. Onun xeyli hissəsi kollecləri bitirən məzunlar olub. Ancaq onlardan yalnız barmaqla sayılacaq qədər məzun işə qəbul olunub. Bu bizə əsas verir deyək ki, kolleclərdə müəllim hazırlığının keyfiyyəti bizi qane etmir. Beynəlxalq təcrübədə də kollec səviyyəsində müəllim hazırlanmır. Müəllimlər yalnız ali təhsil, hətta bəzi ölkələrdə magistratura səviyyəsində hazırlanır. Dövlət Strategiyası çərçivəsində kolleclərdə müəllim hazırlığının tamamilə məhdudlaşdırılması və yalnız ali təhsil səviyyəsində hazırlanmasına keçilməsi qarşıda duran əsas vəzifələrdən biridir".



F.Qədirov qeyd edib ki, Azərbaycanda bakalavr təhsili 4 ildir və şəxs bu illəri başa vurduqdan sonra müəllim kimi məktəbdə fəaliyyət göstərə bilər. Onun sözlərinə görə, həmin 4 ildən 3 ilini müəllimlərin pedaqoji sahə üzrə nəzəri biliklər əldə etməsi nəzərdə tutulur: “Son bir ildə isə bilavasitə məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Hətta fikrimiz var ki, ehtiyac olan ucqar kənd məktəblərinə də müəllimlər göndərilsin və orada işləsinlər. Orada təcrübəli müəllimlər onlara rəhbərlik etsinlər, təcrübə mübadiləsi sayəsində gənc müəllimlər peşəkar təcrübi bacarıqlar əldə edərək məktəbə hazırlıqlı müəllim kimi gəlsinlər”.



Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda yaxın zamanlarda müəllim ixtisasına qəbul zamanı müəyyən dəyişikliklər həyata keçiriləcək: "Hazırda bu sahədə qabiliyyət imtahanların keçirilməsi ilə bağlı müzakirələr aparılır. Düşünürük ki, gələcəkdə müəllimlər düşünərək, dərk edərək bu peşəni seçməlidirlər. Hesab edirik ki, qısa zamandan sonra müəllimlik ixtisasına qəbulda müəyyən dəyişikliklər həyata keçiriləcək”.


Teqlər:
Bu xəbər cəmi 1220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR